Kanadanın Vankuver şəhərində festivalda avtomobil izdihamın üzərinə sürülüb.
Publika.az xəbər verir ki, bu barədə şəhər polisi sosial şəbəkədə məlumat yayıb.
Filippin Lapu-Lapu festivalında yolsuzluq avtomobilinin kütlənin üzərinə sürülməsi nəticəsində 9 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Artıq həmin sürücünün saxlanıldığı bildirilib.