Bakı. TurkicWorld:
26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə yüksəlib.
Bu barədə TurkicWorld İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 6 nəfər itkin düşüb, azı 1139 nəfər yaralanıb.
Ötən gün partlayış nəticəsində baş verən yanğının 90% söndürüldüyü bildirilir.