AZ

Azərbaycanın U-16 voleybol yığması Avstriya ilə qarşılaşacaq

16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci mərhələsində bu gün üçüncü oyununu keçirəcək.

Day.Az xəbər verir ki, B qrupunda mübarizə aparan yığmamız İspaniyada Avstriya komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində indiyədək keçirdiyi iki oyunda məğlub olub.

Seçilən
2
1
day.az

2Mənbələr