AZ

Alimlər dəridə üç fərqli "zombi-hüceyrə" növü aşkarladı

​BAKI, 27 aprel. TELEQRAF

Con Hopkins Universitetinin alimləri dəridə yaşlanma ilə əlaqəli üç fərqli "zombi-hüceyrə" növü aşkar ediblər.

Teleqraf xəbər verir ki, araşdırmanın nəticələri Science Advances jurnalında dərc olunub.

"Zombi-hüceyrələr" normal hüceyrələrdən fərqli olaraq təbii yollarla məhv olmur, toxumalarda qalaraq iltihab yaradır. İndiyə qədər bu hüceyrələrin eyni xüsusiyyətlərə malik olduğu düşünülürdü. Lakin yeni araşdırma göstərib ki, yaşlanmış dəridəki fibroblastlar üç müxtəlif alt növə bölünür.

Alimlər 20-90 yaş arası 50 nəfərdən alınan hüceyrələri araşdıraraq 11 fərqli forma və ölçü müəyyən ediblər. Xüsusilə C10 adlanan alt növ yaşlı insanlarda daha çox rast gəlinib.

Tədqiqatçılar gələcəkdə yalnız zərərli "zombi-hüceyrələri" hədəf alan dərmanların hazırlanacağını və bunun xərçəng müalicəsində də istifadə edilə biləcəyini bildirirlər.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr