Madrid "Real"ının müdafiəçisi Dani Karvaxal diskvalifikasiyaya məruz qala bilər. 

Offsideplus.az xəbər verir ki, buna səbəb 33 yaşlı futbolçunun dünən İspaniya Kral Kubokunun finalında "Barselona" ilə görüşdə etdiyi hərəkətlərdir.

Zədə səbəbindən oyunu kənardan izləyən Karvaxal görüşün baş hakiminin ünvanına təhqiramiz sözlər işlədib.

Bu hərəkətinə görə futbolçu bir neçə oyunluq cəzalandırıla bilər.

Bundan başqa, "Real"dan Rüdriger, Xesus Vaskas və Bellinqemin cəzalandırılacağı ehtimal edilir.

Onu da əlavə edək ki, Karvaxalın Çempionlar Liqasında da 4 matç diskvalifikasiya ediləcəyi gözlənilir. O, yarışın 1/4 mərhələsinin "Arsenal"a qarşı cavab görüşünün fasiləsində rəqib futbolçu Bukayo Saka ilə mübahisə edib.