AZ

"Komo" De Bruyne ilə danışıqlar aparmır

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını "Komo" klubunda davam etdirməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O İtaliya klubunun belçikalı futbolçunun agenti ilə əlaqə saxlamadığını və eyni zamanda "Çelsi"nin də De Bruyne ilə bağlı aktiv danışıqlar aparmadığını, "İnter Mayami"nin isə danışıqlar barədə məlumat təsdiqləmədiyini qeyd edib. 

Belçikalının on gün əvvəl “Çikaqo Fayr”dan aldığı təklifin hələ də nəzərdən keçirildiyi vurğulanıb.

Xatırladaq ki, cari mövsüm başa çatdıqdan sonra 33 yaşlı De Bruyne azad agent kimi "Mançester Siti"ni tərk edəcək. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 27 milyon avro qiymətləndirir.

Seçilən
5
90deqiqe.az

1Mənbələr