AZ

Yunanıstan sahil mühafizəsi Qavdos yaxınlığında 35 miqrantı xilas edib

Bakı. Trend:

Yunanıstanın sahil mühafizəsi Aralıq dənizində, Qavdos adasıyaxınlığında qayıqda olan 35 qeyri-qanuni miqrantı xilas edib.

Trend xəbər verirki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat yayıb.

Qavdosdan 25 dəniz mili cənubda dron vasitəsilə aşkar edilənmiqrantlar sahil mühafizəsinin patrul gəmisi tərəfindənXora-Sfakion liman şəhərinə aparılıb.

Qavdos yaxınlığında qeyri-qanuni miqrantların olduğu qayıqlarınaşkarlanması və xilasetmə əməliyyatları mütəmadi baş verir. Ötənilin dekabrında bölgədə aparılan üç əməliyyat nəticəsində 124 nəfərxilas olunmuş, 5 nəfərin cəsədi tapılmışdı. Bu il aprelin 16-da isəYunanıstan sahil mühafizəsi 49 miqrantı xilas etmişdi.

Qeyd edək ki, Yunanıstan Yaxın Şərq, Asiya və Afrikadan gələnmiqrantlar üçün əsas tranzit ölkələrdən biridir və hər il onminlərlə miqrant Avropaya çatmaq üçün bu marşrutdan istifadəedir.

Seçilən
7
az.trend.az

1Mənbələr