Türkiyə Super Liqasında 33-cü turun daha 3 oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Fənərbaxça" səfərdə qalib gəlib. Qaziantep səfərində Joze Mourinyonun komandası fasiləyə məğlub yollansa da, ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişə bilib.
Onlar 4 dəqiqəyə 3 dəfə fərqləniblər. Ardıcıl qollar vuran "Fənərbaxça" liderlə aradakı xal fərqini ikiyə endirib.
Lider "Qalatasaray" sabah "Eyupspor"un qonağı olacaq.
Türkiyə Super Liqası
33-cü tur
26 aprel
17:00. "Sivasspor" – "Antalyaspor" - 2:0
20:00. "Bodrum" – "Samsunspor" - 1:2
20:00. "Qaziantep" – "Fənərbaxça" - 1:3
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta