Bakı. Trend:
Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsibaşa çatıb. Azərbaycanın müxtəlif şəhər və rayonlarının klublarınıtəmsil edən 50 komandanın 153 idmançısı beş gün davam edən turnirdəmübarizə aparıb.
Trend xəbər verirki, turnirin son günündə 17 çəki dərəcəsi üzrə çempion vəmedalçılar müəyyənləşib. Komanda hesabında birinci yeri "Neftçi"İdman Klubu tutub (4 qızıl, 1 gümüş, 3 bürünc medal). İkinci yeriGəncə (2 qızıl, 2 gümüş) tutub, üçüncü yeri isə AzərbaycanHəmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA İB, 2qızıl, 0 gümüş, 1 bürünc) qapayıb.
Final mərhələsinin ən yaxşı boksçusu adı Ağdaşdan NurlanYusifliyə, ən yaxşı hakim adı isə Serbiyadan Yovana Uqrenoviçəverilib.
Bundan əlavə, məktəbli qızların seçmə turniri də keçirilib və 8çəkidə ən güclü idmançılar müəyyənləşib. Mükafatçılar yığmakomandaya dəvət ediləcək və beynəlxalq yarışlarda Azərbaycanıtəmsil edəcəklər.