AZ

Azərbaycan-İran sərhədində atışma: ölən var

Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilmiş, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılıb.

Seçilən
10
40
publika.az

10Mənbələr