“Qalatasaray”a icarə əsasında transfer olunan “Napoli”nin forvardı Viktor Osimhen karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yay transfer pəncərəsində əsas hücumçu hədəfi kimi Osimhenin adını çəkib. “Qırmızı şeytanlar”ın nigeriyalı hücumçunu transfer etmək şansları yüksək qiymətləndirilir.
26 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 35 matçda iştirak edib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Transfermarkt” Osimheni 70 milyon avro dəyərində qiymətləndirir.