Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeronyarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalolunur.
Trend xəbər verirki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında aprelin 29-u gündüzədək havaşəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağıgözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və ŞərqiZəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran,Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensivolacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyiehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağçaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisnaolunmur.
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə əlaqədarhavanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcəaşağı enəcək.