AZ

Luici Mangone ölüm cəzası tələb edən ittihamları qəbul etmədi

Bakı. Trend:

Luici Mangone, "UnitedHealthcare"in baş direktoru BrayanTompsonun qətlində ittiham olunmasına baxmayaraq, federalittihamları boynuna almadı.

Trend-inməlumatına görə, bu barədə Euronews telekanalı xəbər verib.

ABŞ-nin Dairə Hakimi Marqaret Qarnet, Mangoneden ittihamnamənivə ona qarşı irəli sürülən ittihamları başa düşüb-düşmədiyinisoruşdu. 26 yaşlı Mangone vəkilləri ilə birlikdə dayanaraqmikrofona tərəf əyilib və "Bəli" deyə cavab verdi. Günahını etirafedib-etirməyəcəyi soruşulduqda isə, "günahkar deyiləm" cavabınıverdi və geri oturdu.

Mangonenin ötən ilin dekabrında qətl ittihamı ilə rəsmi mühakiməolunması, Manhettendəki federal məhkəmə binasında onlarla insanıntoplaşmasına səbəb olub. Mangonenin həbsinə səbəb olan qətl vəsonrakı beş günlük axtarış, işgüzar ictimaiyyəti sarsıdıb. Bəzisağlamlıq sığortaçıları icraçıların fotoşəkillərini vebsaytlarından silib, səhmdarların onlayn iclaslarına keçiblər.

Prezident Donald Trampın yanvarın 20-də Bayden administrasiyasıtərəfindən qadağan olunduqdan sonra, federal edamları bərpaedəcəyinə söz verərək hakimiyyətə qayıtdıqdan sonra ƏdliyyəDepartamenti ilk dəfə ölüm cəzası tələb edib. Mangonenin hüquqixidmətlər üçün təxminən 300 min dollar ianə etdiyi də daha əvvəlbildirilmişdi.

Seçilən
15
az.trend.az

1Mənbələr