Samuxda "VAZ 2107 " ilə "VAZ 21015" markalı minik maşınlarının toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
***
saat 13.13
Samuxda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hərəkətdə olan "VAZ 2107 " ilə "VAZ 21015" markalı minik maşınları toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
