Samuxda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə -Samux yolunun rayonun ərazindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107 " ilə "VAZ 21015" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Tural Əhmədov