"Barselona" klubu ötən gecə əzəli rəqibi "Real"ı məğlub edərək İspaniya Kubokunu qazanıb.
Offsideplus.az xəbər verir ki, "blauqrana" növbəti mövsüm üçün transfer çalışmalarına da başlayıb. Katalon klubu Robert Levandovskinin yerinə Xulian Alvaresi gətirməyi planlaşdırır.
Bu barədə "MARCA" nəşri məlumat yayıb.
Alvares ötən ilin yayında "Atletiko"ya transfer olunub. O, ilk La Liqa mövsümündə 15 qol vurmağı bacarıb.
Madrid təmsilçisi argentinalı hücumçunu satmağı düşünmür. Ancaq "Barselona" bu transferdə israr edir və klubun rəhbərliyi reallaşması üçün əlindən gələni edəcək.