
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Babək və Şahbuz rayonlarından hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Nazirliyin pirotexnikləri dərhal hadisə yerinə cəlb edilib və hüquq-mühafizə orqanları ilə birlikdə təhlükəsizlik tədbirləri görülüb.Hadisə yerində 76 mm-lik top mərmisi, raket mühərrikləri, əl qumbarası, müxtəlif silah mərmiləri və top mərmiləri aşkar edilib.
Bütün sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilib.
Diqqət Çəkənlər
Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO
“Beşiktaş” 3 xalı 5 qolla qazanıb
Ağsuda mikroavtobus QƏZASI: Xəsarət alanlar var