AZ

ABL: "Neftçi" "Abşeron"a qarşı

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la üz-üzə gələcək.

Qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.

Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq. Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.

Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin ilk görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.

Seçilən
1
fanat.az

1Mənbələr