AZ

Bakıda taksi sürücüsünün evində gizlətdiyi dayıqızı-bibiqızı sığınacağa yerləşdirildi

​BAKI, 27 aprel. TELEQRAF

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşdükdən 10 gün sonra taksi sürücüsünün evindən tapılan Aygün Hüseynova və Reyhan Hüseynova sığınacağa yerləşdirilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, yeniyetmə qızlar hazırda "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağındadır.

Sığınacağın psixoloqu onlarla söhbət aparıb. Hər iki qıza sosial-psixoloji yardım göstərilib.

Birliyin sədri Kəmalə Ağazadə Maştağada itkin düşdükdən 10 gün sonra tapılan A.Hüseynova və R.Hüseynovanın "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağına yerləşdirildiyini təsdiqləyib.

Qeyd edək ki, aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Seçilən
2
6
teleqraf.com

6Mənbələr