İllərdir Türkiyənin Adana şəhərində iflic və yatağa bağlı xəstələrə tətbiq etdiyi alternativ müalicə üsulları ilə tanınan, qeyri-adi həyat tərzi və enerjisi ilə diqqət çəkən, Yogi Kazım kimi tanınan Kazım Gürbüz 105 yaşında dünyasını dəyişib.
News24.az medianews.az-a istinadla xəbər verir ki, Yogi Kazım Səudiyyə Ərəbistanı kralından Fil Dişi Sahili prezidentinə qədər bir çox məşhur şəxsləri müalicə edib.
Kazım Gürbüzün ölümünü onun oğlu Zeki Ruşen Gürbüz sosial media hesabından açıqlayıb. Gürbüzün cənazəsi bu gün günorta namazından sonra Adanada Şahinağa məhəllə qəbiristanlığında keçiriləcək.
