AZ

İran prezidentinin Azərbaycana səfərində iqtisadi maneələrin aradan qaldırılması prioritet təşkil edə bilər- Sabiq deputat

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərində iqtisadiəməkdaşlıq qarşısında duran maneələrin aradan qaldırılmasıprioritet təşkil edə bilər.

Bunu Trend-əaçıqlamasında İran Parlamentinin sabiq deputatı Mahmud Abbaszadədeyib.

Onun sözlərinə görə, elə bu istiqamətdə səfər çərçivəsində İranprezidentini böyük iqtisadi heyət müşayiət edəcək.
Abbaszadə bildirib ki, iki ölkə bir çox ehtiyat və imkana sahibdir.Bu isə qarşılıqlı olaraq bir-birlərinin ehtiyaclarını minimumxərclə təmin etməsinə imkan yaradır.

İranlı sabiq deputat qeyd edib ki, iki ölkə münasibətlərinininkişafı və möhkəmləndirilməsi hər iki dövlət və xalqların mənafeyiistiqamətindədir. İranın xarici siyasətinin strategiyalarından biriqonşu ölkələrlə maksimum şəkildə münasibətlərin inkişafetdirilməsidir. Hər iki dövlət bir-birinin daxili məsələlərinəmüdaxilə etmədən əlaqələrin inkişaf etdirilməsinə çalışabilərlər.

“Mən inanıram ki, iki ölkə qonşusunun mənafeyi əleyhinə öztorpağından istifadə edilməsinə icazə verməyəcək. Çünki iki ölkəninortaq tarixi, coğrafiyası, müştərək sərhədi, müştərək dili vəmədəniyyəti və sairə bağları vardır”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 28 apreldəAzərbaycana səfər edəcək.

İran
Seçilən
7
az.trend.az

1Mənbələr