2025-ci il aprelin 25-də “WUF13 QHT Koalisiyası” növbəti onlayn görüşü keçirilib.
APA-nın xəbərinə görə, 30-a yaxın xarici təşkilatın iştirakı ilə keçirilən görüşdə əsas mövzu “Urbanizasiya və şəhərsalmada yaşayış məsələləri” olub.
Tədbirin moderatoru Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli olub.
Şri-Lankanın Lanka Üzvi Kənd Təsərrüfatı Hərəkatının prezidenti Thilak Kariyavasam, Kenyanın “Wote Youth Development Projects” təşkilatının rəhbəri Peter Nqola Oviti, Nigeriyanın Təhsil, Səhiyyə və Sosial İnkişaf üçün Qlobal Liderlik Təşəbbüsləri (GLIEHSD) təşkilatının sədri Emmanuel Esio, UDYAMA təşkilatının sədri Pradeep Mohapatra və digər iştirakçılar urbanizasiya və planlaşdırma barədə fikirlərini bölüşüblər.
Onlar 2026-ci ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunu (WUF13) səbirsizliklə gözlədiklərini qeyd ediblər.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri, millət vəkilləri Azər Alllahverənov və Pərvanə Vəliyeva, ekspert
Amin Məmmədov görüşdə xarici QHT-lərin Azərbaycanla əlaqədar suallarını cavablandırıblar.
Qərara alınıb ki, görüşlər davam etdirilsin.


