AZ

Avropa çempionatı: Azərbaycan samboçuları 7 medal qazandı

BAKI, 27 aprel. TELEQRAF

Azərbaycan milli komandası Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatında çıxışını başa vurub.

Teleqraf xəbər verir ki, 3 yaş kateqoriyası üzrə ümumilikdə 7 medal qazanıb.

Yeniyetmələr arasında Əbubəkir Hüseynov (98 kq) gümüş, Kənan Məmmədli (71 kq) və Rəsul Səmədli (+98 kq) bürünc medala layiq görülüb.

Gənclərin yarışında Nicat İsmayılov (58 kq) gümüş, Cavad İsayev (71 kq) bürünc medal əldə edib.

Böyüklərin mübarizəsində Adil Adilzadə (88 kq) gümüş, Elvin Bağırov (64 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, aprelin 24-də start götürən yarışa bu gün yekun vurulacaq. Son yarış günündə kadetlər üzrə qaliblər bilinəcək. Azərbaycan bu yaş kateqoriyasında təmsil olunmur.

Seçilən
14
50
teleqraf.com

10Mənbələr