AZ

Yeganə övladışəhid olan Balaxanı neftçisinin ailəsində yenidən uşaq səsi gəlir (FOTO)

Bakı. Trend:

“Balakahni Operating Company” LTD-nin əməkdaşı İlham Mikayılovunailəsində 30 ildən sonra yenidən uşaq səsi gəlir.

Trend xəbər verirki, həyat yoldaşı Nailə Mikayılova ilə birgə onlar beş il əvvəlyeganə övladları Rəşadı Vətən uğrunda qurban verən valideynlərdənidilər.

25 yaşlı Rəşad Mikayılzadə könüllü əsgər kimi Azərbaycan SilahlıQüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azadedilməsi üçün başlanan Vətən müharibəsinə qatılmışdır. Füzuli vəXocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdəkomandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhidolmuşdur.

“Oğlum evin tək övladı idi. Çox şən və istiqanlı idi. Özü özzəhməti ilə çalışıb işləyirdi. Həm ali təhsil almışdır, həm dəölkəmizdə keçirilən beynəlxalq tədbirlərə könüllü kimi qatılırdı.Bizə çox çətin olsa da, Nailə ilə həmişə başı uca gəzirdik, çünkihamı bizə “Rəşadın anası, atası” deyirdilər. Bu, bizim üçün böyükqürur idi,” deyərək İlham Mikayılov oğlunu yad edir.

Artıq iki ildir İlham Mikayılov Balaxanı neftçilərininkomandasında çalışır. “Balakhani Operating Company” LTD-nin heyətionun ikinci ailəsinə çevrilib. O, deyir: “Oğlum şəhidlik zirvəsinəucalandan sonra evdə səs küyün olmaması bizə çox pis təsir edirdi.İkinci övlad barədə düşünürdük, amma tərəddüd edirdik. İşdə mənəbununla bağlı, şirkətin prezidenti Rövşən Rzayev başda olmaqlamənəvi dayaq durdular, həm də maddi dəstək göstərdilər. Və bizim,Allaha çox şükr, yenidən övladımız dünyaya gəldi.”

Bir yaşını qeyd edən balaca Ayla qardaşının əziz xatirəsini həmdə soyadında daşıyır- Ayla Rəşadlı. Dünyaya gəldikdən sonravalideynləri ilə ziyarət etdiyi ilk yer Şəhidlər Xiyabanındaqəhrəmanın məzarı idi. Onu görməsə də, Ayla hər səhər anası iləevdə Rəşadın Vətən uğrunda döyüşlərdə qazandığı medalları,fəxrnamələri, diplomları və şəkilləri ilə bəzədilən güşəyəyaxınlaşıb öz körpə qığıltısı ilə onunla danışır.

“Qızım olmazdan öncə gecələr gözümə yuxu getmirdi. İndi isəişdən evə tələsirəm ki, məni evdə Ayla gözləyir. O, evimizə birişıq kimi doğdu, yaşamağımıza yeni səbəb verdi. 30 ildən sonraevimizdə yenidən uşaq səsi gəlir”, deyir İlham Mikayılov.

Aylanın bir yaşını təbrik etmək üçün “Balakhani OperatingCompany LTD”-nin heyəti də gəlmişdir. Mikayılovlar ailəsininüzvləri artıq üç nəfər deyil, İlhamla bərabər çalışan yüzlərləBalaxanı neftçiləridir. Qəhrəman Rəşad Mikayılzadənin bacısı AylaRəşadlının indi çox böyük ailəsi var.

Yeganə
Yeganə
Yeganə
Yeganə
Seçilən
1
14
az.trend.az

10Mənbələr