AZ

Azərbaycan XİN Bəndər-Abbasda baş vermiş partlayışla bağlı başsağlığı verib

“İran İslam Respublikasının Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai Limanında baş vermiş dəhşətli partlayış bizi dərin kədərə boğdu".

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai Limanında baş vermiş güclü partlayışla bağlı bəyanat yayıb.

Operativ Media xəbər verir ki, nazirliyin yaydığı məlumatda deyilir:

“İran İslam Respublikasının Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai Limanında baş vermiş dəhşətli partlayış bizi dərin kədərə boğdu. Hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, həmçinin İran xalqına və hökumətinə səmimi başsağlığımızı bildirir, yaralananların tezliklə sağalmasını diləyirik.”

 

Seçilən
19
14
operativmedia.az

10Mənbələr