AZ

Trampın prezidentliyinin ilk 100 günü amerikalıların əksəriyyəti tərəfindən dəstəklənib

Bakı. Trend:

ABŞ-də Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündəprezident kimi fəaliyyəti amerikalıların əksəriyyəti tərəfindəndəstəklənib.

Trend xəbər verirki, bu barədə "Associated Press" agentliyi üçün "NORC" tədqiqatmərkəzi tərəfindən keçirilən sorğunun nəticələri göstərir.

Araşdırmaya əsasən, amerikalıların 70 faizi Trampın fəaliyyətiniöz gözləntilərinə uyğun qiymətləndirib. Bununla belə, qeyd olunurki, bu göstərici amerikalıların əksəriyyətinin prezidentinsiyasətindən tam razı olduğu anlamına gəlmir.

Belə ki, sorğuda iştirak edənlərin 44 faizi Trampınfəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyini düşünür,yalnız 24 faizi bu seçimlə razılaşır. Respondentlərin 62 faizi isəABŞ-nin Trampın prezidentliyi dövründə yanlış istiqamətdəirəlilədiyini hesab edir.

Ümumilikdə, sorğuda iştirak edənlərin 40 faizi Trampınprezidentlik fəaliyyətini bəyəndiyini bildirib. Sorğu 17-21 apreltarixlərində keçirilib və 1200-dən çox amerikalı iştirak edib.

Seçilən
12
az.trend.az

1Mənbələr