AZ

Pakistan Müdafiə Nazirliyi Hindistanla müharibə ehtimalını qiymətləndirdi

BAKI, 27 aprel. TELEQRAF

Hindistan vəziyyəti gərginləşdirməsə, Pakistan hərbi əməliyyatlara başlamayacaq.

Teleqraf xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

"Bizim hər hansı bir hərəkətə başlamaq niyyətimiz yoxdur, lakin Hindistandan hər hansı bir hərəkət olarsa, reaksiya olacaq", - o deyib.

Nazir bildirib ki, Hindistan Pakistanı işğal etməyə və ya ona hücum etməyə cəhd etsə, buna uyğun cavabını alacaq.

Seçilən
34
teleqraf.com

1Mənbələr