Bakı. Trend:
Son illərdə ölkəmizdə qan donorluğunun inkişafı sahəsində mühümirəliləyişlər müşahidə olunur. 2023-cü ildə Bankın mərkəzi və 8regional bölməsinə müraciət edən donorların sayı 93 min nəfərtəşkil etmişdi. 2024-cü ildə isə bu göstərici əhəmiyyətli artımnümayiş etdirərək 124.148 nəfərə çatıb.
Bu sözləri Trend-ə müsahibəsində Respublika Qan Bankının icraçıdirektoru Elxan Nağıyev deyib.
O bildirib ki, qanvermə prosesi Azərbaycan qanunvericiliyinəuyğun olaraq könüllülük prinsipi əsasında təşkil edilir:
"Respublika Qan Bankı tərəfindən donorluğun təşviqi məqsədilədövlət qurumlarında, özəl təşkilatlarda, ali təhsil müəssisələrindəvə tibb ocaqlarında mütəmadi olaraq maarifləndirici tədbirlər vəqanvermə aksiyaları keçirilir. İctimaiyyətin bu aksiyalaragöstərdiyi fəal iştirak donor hərəkatının davamlı inkişafına güclütəkan verib.
Hazırda Respublika Qan Bankı tədbirlər planı çərçivəsindəfəaliyyətini sistemli şəkildə davam etdirir. Əsas məqsəd yalnızdonor sayının artırılması deyil, eyni zamanda, qan donorluğununcəmiyyət arasında sosial məsuliyyət və humanizm dəyəri kimimöhkəmləndirilməsidir".
Elxan Nağıyev qeyd edib ki, donorluq təşəbbüslərinin uğurlahəyata keçirilməsində Heydər Əliyev Fondunun dəstəyi xüsusiəhəmiyyət daşıyır.
"Respublika Qan Bankı qarşıdakı illərdə donor bazasının daha dagenişləndirilməsi, qan xidmətinin regionlarda gücləndirilməsi vəmüasir tələblərə cavab verən infrastrukturun inkişaf etdirilməsiistiqamətində fəaliyyətini davam etdirməyi qarşısına əsas hədəfkimi qoyub.
"Bir damla qan – bir ömür həyat" fəlsəfəsi ilə fəaliyyətgöstərən Respublika Qan Bankı, həyatın qorunması uğrunda ölkəmizinən böyük könüllü hərəkatına liderlik edir", - deyə o əlavəedib.