İranın Şəhid Rəcai limanında baş verən partlayışabərk raket yanacağının əsas tərkib hissəsi olan natrium perklorat səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı mənbə "The New York Times"a məlumat verib.
"Ambrey" özəl təhlükəsizlik firmasının məlumatına görə, mart ayında liman "natrium perklorat raket yanacağı" yükünü qəbul edib. Yanvar ayında "Financial Times" iki gəminin Çindən İrana 1 tondan çox natrium perklorat çatdıracağını bildirmişdi. Qeyd olunurdu ki, çatdırılma SEPAH üçün nəzərdə tutulub.
İran yükün qəbulunu təsdiqləməyib. İranın BMT-dəki missiyası məsələni şərh etməkdən imtina edib.