Titanikdən sağ çıxan sərnişinlərdən birinin məktubu hərracda təxminən 400 min dollara satılıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazır.
Qəzetin yazdığına görə, Titanikdəsəyahət edən polkovnik Archibald Qreys səyahəti zamanı gəmi haqqında ilk təəssüratını məktuba köçürüb. Hərracda məktubun son qiyməti başlanğıc qiymətdən beş dəfə yüksək olub və indiyə qədər satılan Titanikdən gələn bütün məktublar üçün rekorda çevrilib.
Məktub 10 aprel 1912-ci ildə yazılıb.
Məktubda deyilir: "O, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəm".
Hərracçılar qeyd ediblər ki, belə məktublar bazara çox nadir hallarda gəlir.