Bu gün "Qarabağ" futbol klubu üçün tarixi gün ola bilər.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi məhz bu gün 12-ci dəfə Azərbycan çempionu titulunu qazanmağa yaxındır.
Qurban Qurbanovun yetirmələri bundan ötrü Misli Premyer Liqasının XXXII turu çərçivəsində Masazırda "Sabah"a uduzmamalıdırlar.
Yeri gəlmişkən, bu, Qurban Qurbanov üçün 11-ci çempionluq olacaq. "Qarabağ" artıq 4-cü ildir qızıl medlları heç bir rəqibinə vermir.
Maraqlıdır ki, "Sabah" və "Qarabağ" mayın 31-də ölkə kubokunun finalında da üz-üzə gələcəklər. Hələlik isə bütün diqqətlər Premyer Liqadakı tarixi hadisəyə yönəlib.
Çempionluq oyunu, futbolçuların emosiyaları, azarkeşlərin reaksiyaları və digər maraqlı məqamları saytımız vasitəsilə izləyə bilərsiniz.
27 aprel
“Sabah” – “Qarabağ”
Bank Respublika Arena. Saat 20:00
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva