AZ

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Amerikalı senatorlar Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem sosial şəbəkədə açıqlama verib .

O, "Putin Rusiyasına qarşı" yeni sanksiyaların tətbiqi üçün ikitərəfli qanun layihəsi təqdim etdiyini bildirib. Sənədin 60-a yaxın həmmüəllifi var.

Qrem qeyd edib ki, söhbət Rusiyadan neft, qaz, uran və ya digər məhsullar alan istənilən ölkəyə qarşı ikinci dərəcəli rüsumların tətbiqindən gedir.

"Senat bu istiqamətdə hərəkət etməyə hazırdır və əgər Rusiya şərəfli, ədalətli və davamlı sülhü qəbul etməsə, böyük səs çoxluğu ilə qərar verməli olacağıq", - senator vurğulayıb.

O həmçinin ABŞ Prezidenti Donald Tramp və komandasına “Ukraynada Putinin işğalı nəticəsində yaranmış müharibəni ləyaqət və ədalətlə bitirmək üçün çox çalışdıqlarına görə” təşəkkür edib.

Seçilən
45
5
teleqraf.com

10Mənbələr