AZ

Öldürülən rus general kim olub? - Moskalikin Ukraynaya qarşı əməlləri açıqlandı

Yaşadığı mənzilin önündə avtomobilin pardladılması nəticəsində öldürülmüş Rusiya Federasiyası Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general Yaroslav Moskalik Ukraynaya endirilən zərbələrin hədəflərini müəyyən edən vacib fiqur olub.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Konstantin Maşovets Facebook hesabında bildirib.

Onun sözlərinə görə, Yaroslav Moskalik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukraynaya zərbələrin müntəzəm planlaşdırılması, koordinasiyası və hesabatların verilməsi ilə məşğul olub:

“O, vurulacaq hədəfləri müəyyən edən şəxs olub. Məhz bu general Krivoy Roq, Sumı, Kiyev, Xarkov və Ukraynanın digər şəhərlərində hansı hədəflərin vurulmasını göstərən şəxs olub. Onun göstərişi ilə Ukraynanın dinc şəhərlərinin sıx məskunlaşdığı ərazilər dronlar, qanadlı və ballistik raketlərlə vurulub. O, Ukraynanın mülki əhalisini, o cümlədən uşaqları öldürdüyü üçün məhv ediləcəyini bilirdi".

Qeyd edək ki, aprelin 25-də rus generalı Yaroslav Moskalik Moskva yaxınlığındakı Balaşixada evinin önündə avtomobilin partlaması nəticəsində öldürülüb. vtomobilin yanından keçən zaman partlayıb.

Seçilən
57
teleqraf.com

1Mənbələr