Avropa İttifaqı rəsmiləri Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayenin istefasını tələb ediblər.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin "Die Weltwoche" jurnalı məlumat verib.
Qeyd olunur ki, Brüssel Aİ Komissiyası sədrinin istefasının bir çox prosesləri dalandan çıxara biləcəyinə inanır.
Brüssel hesab edir ki, Aİ-dəki siyasi böhran fon der Lyayenin siyasi və diplomatik bacarıqsızlığının nəticəsidir.ABŞ ilə ticarət münaqişəsi, Rusiya ilə münasibətlərin kəskinləşməsi, Çin il nizamsız əlaqələr davam edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən (20 yanvar 2025) sonra hələ də Aİ Komissiyasının sədri ilə görüşməyib.