AZ

Mahir qol vurdu, komandası heç-heçə etdi

Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfərdə Düsseldorf “Fortuna”sı ilə bərabərə qalıb.

Matça start heyətində başlayan Mahir 87-ci dəqiqədə Yanni Serra ilə əvəzlənib. O, komandasının ikinci qolunun da müəllifi olub.

Aktivində 45 xalı olan “Nürnberq” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Almaniya II Bundesliqası

XXXI Tur

26 aprel

Fortuna Düsseldorf – Nürnberq 3:3

Qollar: D.Şkmidt, 68, 71, S.Appelkamp, 78 – J.Antist, 19, M.Emreli, 45+4, J.Justvan, 61

Seçilən
28
futbolpress.az

1Mənbələr