AZ

"Barselona" əlavə vaxtda "Real Madrid"i məğlub edərək İspaniya Kral Kubokunun qalibi olub

Bakı, 27 aprel, AZƏRTAC

Futbol üzrə İspaniya Kral Kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Sevilya şəhərində keçirilən final oyununda "El-Klasiko” baş tutub. "Barselona" və "Real Madrid" komandalarının üz-üzə gəldiyi matç gərgin və bol qollu keçib. Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. Burada isə daha bir top vuran Kataloniya klubu İspaniya Kral Kubokunun qalibi olub - 3:2. Bununla da "Barselona" 32-ci dəfə İspaniya Kral Kubokuna sahib çıxıb.

Seçilən
14
3
azertag.az

10Mənbələr