BAKI, 27 aprel. TELEQRAF
Çin sahil mühafizəsi Filippin hərbi bazası yaxınlığında yerləşən Cənubi Çin dənizindəki mübahisəli Sendi-Key adasına bayraq sancıb.
Teleqraf xəbər verir ki, təfərrüatları "South China Morning Post" qəzeti təqdim edir.
Adaya düşən dənizçilər Çin bayrağını qaldırıblar. Onlar bununla Filippinin də iddialı olduğu ada üzərində suverenlik elan ediblər.