Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
İlk finalçı “Kristal Pelas” – “Aston Villa” matçında müəyyənləşib. “Kristal Pelas” doğma meydanda 3 cavabsız qolla qalib gələrək həlledici oyunda iştirak hüququ qazanıb.
Digər finalçı isə sabah “Nottingem Forest” – “Mançester Siti” matçında bəlli olacaq.
Qeyd edək ki, İngiltərə Federasiya Kubokunda 2024/2025-ci illər mövsümünün qalibi mayın 17-də keçiriləcək final görüşündə müəyyənləşəcək.
İngiltərə Federasiya Kuboku
Yarımfinal
26 aprel
Kristal Pelas – Aston Villa 3:0
Qollar: Eze, 31. Sarr, 58; 90+4.
27 aprel
19:30. Nottingem Forest – Mançester Siti