AZ

İrandan zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixracı ABŞ ilə müzakirə olunmayıb

BAKI, 26 aprel. TELEQRAF

İrandan zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixracı məsələsi Tehranın nüvə proqramı ətrafında ABŞ ilə aparılan danışıqlarda müzakirə olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Amerika tərəfi nə danışıqların üçüncü raundu zamanı, nə də əvvəlki görüşlər zamanı bu məsələni qaldırmayıb. ABŞ İranın nüvə enerjisinin dinc məqsədlərlə inkişafı proqramı çərçivəsində uranın zənginləşdirilməsi prosesini sıfıra endirməkdə israrlı olmayıb.

Seçilən
87
50
teleqraf.com

10Mənbələr