AZ

İrandakı dəhşətli partlayışın DETALLARI – Vəziyyət AĞIRDIR

İranın Bəndər-Abbas şəhərindəki limanda baş verən partlayışda ölənlərin sayı 8-ə, yaralıların sayı isə 750-yə yüksəlib.

KONKRET.az-ın məlumatına görə, İranın Hörmüzqan vilayətinə bağlı Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai Limanında bu gün baş verən güclü partlayışda ölənlərin sayı 8-ə, yaralananların sayı isə 750-yə çatıb.

Partlayışda ağır itkilər

İran dövlət televiziyasına açıqlama verən ölkənin daxili işlər naziri İskəndər Mümini, Bəndər-Abbasdakı Şəhid Rəcai Limanında baş verən partlayışda 8 nəfərin həyatını itirdiyini, 750 nəfərin isə yaralandığını bildirib. Nazir qeyd edib ki, yaralılardan 212 nəfəri ambulator müalicə olunub, digərləri isə Hörmüzqan vilayətindəki və ətraf bölgələrdəki tibb müəssisələrində müalicə altındadır.

Yanğın digər konteynerlərə də keçdi

Mümini bildirib ki, güclü külək səbəbindən yanğın hələ də nəzarət altına alına bilməyib. Yanğının digər konteynerlərə sıçradığı və nəticədə yeni partlayışların baş verdiyi qeyd olunub.

Təhsil müəssisələri bağlandı

Hörmüzqan Vilayəti Fövqəladə Halların İdarə Olunması Baş İdarəsindən verilən açıqlamada, partlayış nəticəsində yaranan hava çirklənməsi və tələbələrin sağlamlığını qorumaq məqsədilə Bəndər-Abbas şəhərindəki bütün təhsil müəssisələrinin sabah üçün fəaliyyətinin dayandırıldığı bildirilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
56
48
konkret.az

10Mənbələr