AZ

Hamilə tələbələrə 100 min ÖDƏNİLƏCƏK

Sankt-Peterburqda tələbə qızlara hamiləlik üçün 100 min rubl ödəniləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Smolnı bələdiyyəsi qərar qəbul edib.

Onlar bu qərarla demoqrafik vəziyyəti düzəltməyə qərar veriblər.

Layihəyə əsasən, Sankt-Peterburqun Sosial Məcəlləsinə “əyani təhsil alan tələbə hamiləlik üçün qeydiyyatdan keçərkən 100 min rubl birdəfəlik ödəmə” bəndi əlavə olunacaq.

Hazırda sənədə antikorrupsiya baxışı keçirilir. Qətnamənin icrasına nəzarəti vitse-qubernator Nataliya Çeçina həyata keçirəcək.

Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr