AZ

Bakıda itkin düşən dayıqızı-bibiqızı tapıldı, taksi sürücüsü saxlanıldı

Bakının Maştağa qəsəbəsində itkin düşmüş 2007 və 2008-ci il təvəllüdlü iki qız polis əməkdaşları tərəfindən tapılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

Qeyd edilib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

Qeyd edək ki, onlar dayıqızı-bibiqızıdır.

Seçilən
17
23
heftelik.az

10Mənbələr