"Sabah" ABL-nin yarımfinalı üzrə Bakıda keçirilən ilk oyunda "Şəki"ni məğlubiyyətə uğradıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis Bedri Meriçin komandası üzərində qələbəni şərh edib:
“Qələbə qazansaq da, psixoloji baxımdan asan oyun deyildi. Bu gün tam olaraq gücümüzü göstərə bilmədik.Amma əsas odur ki, qələbə qazandıq. Bir qədər səhvlərə yol verdik. Bəzi epizodlarda daha yaxşı çıxış edə bilərdik. Rəqib oyuna yaxşı hazırlaşmışdı. Şəkidəki oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, bu komandalar arasında ikinci oyun aprelin 29-da Şəkidə baş tutacaq.