AZ

Keyn "Bavariya"nın Almaniya çempionu ola biləcəyi matçı buraxacaq

"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqanın 31-ci turunda "Maynts"la oyunda (3:0) sarı vərəqə alıb.

90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu buna görə də mayın 3-də "Leyptsiq" ilə növbəti oyunu buraxacaq.

Ümumilikdə forvard cari Bundesliqa mövsümündə beş xəbərdarlıq edib."Bavariya" sözügedən oyunda çempion titulunu təmin edə bilər.

"Bavariya" Bundesliqa cədvəlinin lideridir və mövsümün bitməsinə üç tur qalmış ikinci yerdə olan "Bayer"i 8 xal qabaqlayır.

Xatırladaq ki, 31 yaşlı Harri Keyn karyerasında hələ heç bir komanda kuboku qazanmayıb. "Bavariya" ilə ehtimal olunan çempionluq ingilis hücumçu üçün ilk olacaq. Harri Keyn Almaniya çempionatının cari mövsümündə 29 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilən
7
90deqiqe.az

1Mənbələr