AZ

Apteklərdə aktivləşdirilmiş kömürün limitlə satıldığı bildirilirVİDEO

Apteklərdə aktivləşdirilmiş kömür tabletinin limitlə satıldığı bildirilir.

Belə bir şikayətlə “Xəzər Xəbər”ə müraciət edilib.

Bildirilib ki, vətəndaş ötən gün aktivləşdirilmiş kömür tabletini almaq üçün şəhərdə fəaliyyət göstərən bir neçə aptekə müraciət edib, lakin ona sözügedən tabletin limitlə satıldığı deyilib.

Xezerxeber.az-ın məlumatına görə, bədəndən toksinləri və kimyəvi maddələri çıxarmaq üçün istifadə edilən tabletin limitlə satıldığı nə dərəcədə həqiqətə uyğundur?

Məsələni araşdırmaq üçün bir neçə aptekə üz tutduq. Bəzi apteklər tabletin limitlə satıldığını təsdiq ediblər.

Sorğu aldığımız bəzi apteklər isə aktivləşdirilmiş kömür tabletinin əvvəlki qaydada satıldığını deyirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Lakin qeyri-iş günü olduğu üçün ətraflı açıqlama ala bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

 

 

 

Seçilən
19
2
xezerxeber.az

6Mənbələr