Ukraynanın təhsil nazirinin müavini Mixaylo Vinnitski bəyan edib ki, Ukrayna hökuməti 25 yaşından sonra peşə məktəbi və universitetlərə daxil olmuş tələbələri möhlət hüququndan məhrum etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, onun sözlərindən Strana.ua sitat gətirib.
"Səfərbərlik haqqında qanuna edilən dəyişikliklərə indi Ali Rada baxacaq", - o qeyd edib.
Vinnitskinin fikrincə, əgər şəxs peşə təhsili və ya peşəkar ali təhsil almağa gedirsə və onun yaşı 25-dən yuxarıdırsa, o zaman səfərbərlikdən möhlət olmayacaq.