AZ

İranda DƏHŞƏTLİ partlayış: 4 ölü, 516 yaralı – VİDEO

İranın cənubunda, Bəsrə körfəzi sahilində yerləşən Bəndər-Abbas Limanında baş verən güclü partlayış nəticəsində 4 nəfər həlak olub, 516 nəfər isə yaralanıb.

KONKRET.az xəbər verir ki, hadisə anı İranlı vətəndaşların çəkdiyi görüntülərə də əks olunub.

İran Qızıl Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudi hadisə ilə bağlı İran dövlət televiziyasına açıqlama verib. O, Hörmüzqan vilayətinə bağlı Bəndər-Abbasın Şəhid Rəcai Şəhər Limanında baş verən partlayışda 4 nəfərin həyatını itirdiyini bildirib.

Mahmudi qeyd edib ki, hadisə yerinə dərhal yardımlar çatdırılıb və partlayışdan sonra başlayan yanğının söndürülməsi üçün işlər davam etdirilir. İlkin məlumata görə, limandakı bəzi konteynerlərin partlaması nəticəsində 516 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayışın dəqiq səbəbi hələlik müəyyən edilməyib. İran mediasında yayılan xəbərlərə əsasən, partlayışın gücündən limandakı binalardan biri zədələnib, ətrafdakı binaların şüşələri sınıb.

Yarırəsmi “Fars” xəbər agentliyinə danışan anonim mənbə hadisənin kimyəvi maddələrin saxlandığı ərazidə baş verdiyini bildirib. Hörmüzqan valisi Məhəmməd Aşuri də açıqlamasında partlayışın səbəbinin hələlik bəlli olmadığını, lakin yanıcı maddələrin iştirakı ehtimalının araşdırıldığını vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
43
konkret.az

1Mənbələr