“Kəpəz” Misli premyer-liqasının 32-ci turunda “Zirə”yə məğlub oldu - 0:1.
“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Azər Bağırov görüş haqda fikirlərini bildirib.
- Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarımız oldu. İnci məqamlar qol üçün çatmır. Bu gün futbolçulardan razıyam.
- Demək olar ki, bütün komandalardan xal ala bilirsiniz. Zirə”yə qol vura bilmirsiniz…
- Qol epizodları varsa, məşqçi işidi. Camal, Paçu, Ratidə qol epizodları oldu. Məşqdə də bunun üzərində işləyirik.
- Hakimlərdən razı qaldız?
- Hakimlərdən çox danışmaq istəmirəm. Hakim sənə əlivi aşağı sal deyirsə, buna iradım var. Söhbət dördüncü hakimdən gedir. Necə deyə bilərsən ki, əlivi aşağı sal?
- Demək olar ki, premyer-liqada yerinizi təmin etdiniz. Növbəti mövsümün planları cızılıbmı?
- Bu barədə heç bir cavabım yoxdu. Hələ büdcə bilinmir. Planı nəyəsə görə qurmalısan. Hələ ki planımız yozdu.
- Ruminya mətbuatı Mirça Rednikin “Kəpız”ə gələcəyini yazır. Bu söz-söhbətlər sizi narahat etmir?
- Bu gün vəzifəmi yerinə yetirməyə çalışıram. Bu məsələyə mən baxmıram. Güclə sevgi olmur.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta