AZ

"Zirə" "Kəpəz"ə qalib gəldi

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 32-ci tur davam edir. 

QOL.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçirilir. 

“Kəpəz” Tovuzda “Zirə”ni qəbul edir. Gəncə klubu hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb. “Qartallar” isə 61 xalla turnir cədvəlində ikincidir. 

Bugünkü matçda qələbə qazanacağı halda “Kəpəz” turnir cədvəlində bir pillə irəliləyəcək. “Zirə” isə artıq həm medalçılar sırasında olmağı, həm də avrokuboklara vəsiqəni təmin edib. 

Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin aşkar üstünlüyü var. Rəşad Sadıqovun komandası rəqibini 4, 3 və 2 cavabsız qolla üstələyib. 

26 aprel

19:00. “Kəpəz” - “Zirə” - 0:1

Qol: Salifu Suma, 64

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Tovuz şəhər stadionu

27 aprel

17:30. “Səbail” - “Araz-Naxçıvan”

20:00. “Sabah” - “Qarabağ”

28 aprel

20:00. “Sumqayıt” - “Neftçi”

25 aprel

“Turan Tovuz” - “Şamaxı” - 1:1

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ" - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Seçilən
3
4
teleqraf.com

10Mənbələr