AZ

Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqda yeni səhifə

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər yenilənmədövrünü yaşayır. Dəyişən geosiyasi şərait fonunda hər iki tərəfbərabərhüquqlu dialoqun inkişafına və tərəfdaşlığın möhkəmlənməsinəmaraq göstərir. Bu kontekstdə Avropa İttifaqının xarici siyasət vətəhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, AvropaKomissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya son səfəriBakı ilə Brüssel arasında əməkdaşlıqda yeni səhifə açan mühümhadisəyə çevrildi.

Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıqsazişi üzərində işləri sürətləndirmək barədə razılığa gəldilər. Bubarədə Kaya Kallas Bakıda keçirilən danışıqlar zamanı bəyanetdi.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun birgə mətbuatkonfransında qeyd etdiyi kimi, tərəflər gələcək sazişin əhatəetdiyi məsələlərin təxminən 90 faizində konsensusa nail olublar.Lakin onun sözlərinə görə, əsasən ticarət və iqtisadiyyatsahələrinə aid bəzi məsələlər hələ də müzakirə predmetidir.

"Bu gün Azərbaycan regionumuzda Aİ-nin əsas ticarəttərəfdaşıdır. Ticarət dövriyyəsi 20 milyard dollar təşkil edir", –deyə nazir vurğulayıb.

O əlavə edib ki, son illərdə danışıqlar prosesi müəyyən qədərləngimişdi, lakin artıq tərəflər qarşıdakı aylarda bu prosesifəallaşdırmaq üçün praktiki addımlar atmaq barədə razılığagəliblər. Bundan əlavə, Bayramovun sözlərinə görə, sazişlayihəsinin yeni müddəalarla tamamlanması məsələsi də nəzərdənkeçirilir.

Kaya Kallas çıxışında Avropa İttifaqı ilə Azərbaycanın uzunillərə söykənən tərəfdaşlıq münasibətlərini qeyd edib. AİAzərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olaraqqalır.

"Aİ həmçinin Azərbaycanda minatəmizləmə işlərinə mühüm dəstəkverir, münaqişənin nəticələrinin aradan qaldırılmasına kömək edir.Bizim əməkdaşlığımızın daha da inkişafı üçün böyük potensialmövcuddur", – deyə Kallas bildirib.

Kaya Kallasın Bakıya səfəri Azərbaycanla Aİ arasındamünasibətlərin yenidən canlandırılması istiqamətində mühüm addımoldu.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Avropa İttifaqı iləbərabərhüquqlu və geniş əməkdaşlığın inkişafında maraqlıdır. Bu günisə belə bir anlayışın Brüsseldə də yenidən gücləndiyini görməkolar.

Avropada Azərbaycanın regionun enerji təhlükəsizliyininmöhkəmlənməsinə verdiyi töhfə getdikcə daha çox dəyərləndirilir.Artıq beş ilə yaxındır ki, Cənub Qaz Dəhlizi uğurla fəaliyyətgöstərir və Azərbaycan qazı səkkizi Aİ üzvü olmaqla, 10 Avropaölkəsinə çatdırılır. Tədarük coğrafiyası baxımından AzərbaycanAvropaya qaz ixrac edən əsas ölkələrdən biridir.

Bundan əlavə, Azərbaycanla Avropa arasında münasibətlərdəölkəmizin nəqliyyat potensialı da mühüm rol oynayır. Qlobalgeosiyasi və iqtisadi dəyişikliklər fonunda Azərbaycanın rolu dahada aktuallaşır. Ölkəmiz, mühüm nəqliyyat marşrutlarınınkəsişməsində yerləşməklə, qlobal nəqliyyat şəbəkəsinin əsaselementinə çevrilib. Söhbət, xüsusən də Avropanı Mərkəzi Asiya vəÇinlə Cənubi Qafqaz və Xəzər dənizi vasitəsilə birləşdirən OrtaDəhlizdən gedir. Bu marşrutun inkişafı Aİ üçün strateji əhəmiyyətkəsb edir.

Beləliklə, son aylarda müsbət bir tendensiyanı müşahidə etməkmümkündür: Avropa İttifaqının siyasətinə real təsir edən əsasAvropa rəsmiləri Bakı ilə bağlı qarşıdurma ritorikasındanuzaqlaşır. Bu isə gələcəkdə Aİ-nin regiondakı siyasətininqarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulacağınaümid yaradır.

Siyasi iradə olduğu və xarici amillərin təsiri aradanqaldırıldığı halda, Azərbaycan və Aİ əvvəlki kimi zəngin vəperspektivli əməkdaşlıq gündəliyinə qayıda bilərlər. Avropayasabit, məsuliyyətli və etibarlı tərəfdaş lazımdır və Azərbaycan bustatusu illərdir öz fəaliyyəti ilə təsdiqləyib.

Seçilən
23
1
az.trend.az

2Mənbələr